Fanatik yəhudilərdən Məscidül-Əqsaya basqın

Fanatik yəhudilərdən Məscidül-Əqsaya basqın

İsrail polisi ilə birlikdə 114 fanatik yəhudi işğal altındakı Şərqi Qüdsün "Qədim Şəhər"bölgəsindəki Məscidül-Əqsanın həyətinə daxil olublar.

Sonxeber.az xəbər verir ki, Qüds İslam Vəqfləri İdarəsindən verilən açıqlamada İsrail polisi tərəfindən qorunan 114 fanatik yəhudinin səhər və günortadan sonra cənub-qərbdə yerləşən Əl-Məğrib (Mərakeş) qapısından girərək Hərəmi-Şərifə basqın etdiyi bildirilib.

Digər tərəfdən şahidlərin verdiyi məlumata görə 3 fələstinli fəalın Məscidül- Əqsada İsrail polisi tərəfindən tutulduğu açıqlanıb.

Fanatik yəhudilər yeni koronavirus (Kovid-19) səbəbiylə 22 martdan etibarən və dünən ibadət üçün yenidən açılan Hərəmi-Şərifə eyni gündə iki dəfə basqın ediblər.

Fanatik yəhudilər zaman-zaman Məscidül-Əqsaya belə basqınlar təşkil edir və bu vəziyyət bölgədə gərginliyin yenidən kəskinləşməsinə səbəb olur.

F.Ağayeva
Sonxeber.az

Mənbə: sonxeber.az