Moskva Mərkəzi Məscidi bu gün açılacaq

Moskva Mərkəzi Məscidi bu gün açılacaq

Moskva Mərkəzi Məscid kompleksi bu gün sınaq rejimində insanların istifadəsində veriləcək...

Moskva Mərkəzi Məscid kompleksi bu gün sınaq rejimində insanların istifadəsində veriləcək.

İnterAz-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bunu Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi (Rusiya Federasiyasının DUM) rəhbərinin birinci müavini Damir Muhetdinov açıqlayıb.

"Bu gün heç bir elan verilmədən Moskva Mərkəzi Məscidi fəaliyyətə başlayacaq", Muhetdinov bildirib.

Onun sözlərinə görə, məscidə insanların kütləvi axını gözlənilmir, çünki "bu istiqamətdə təşviqat işləri aparılmır".

"Cümə namazı ilə bağlı hələ qərar verməmişik. İnsanların reaksiyasına baxmaq istəyirik. Maskalar, əlcəklər, könüllülərin işi, giriş sistemi və başqa işlərlə bağlı normativləri təmin edə biləcəyikmi, buna baxmaq istəyirik", deyə o bildirib.

Mənbə: www.interaztv.com