Samuxdan Arzu İmanov Prezidentə məktubunda hansı məsələləri önə çəkdi... “Biz fəxr edirik ki...”

Samuxdan Arzu İmanov Prezidentə məktubunda hansı məsələləri önə çəkdi... “Biz fəxr edirik ki...”

“Bu məktubu yazmaqla Sizə nə qədər çox təşəkkür etsəm azdır. Çox sağ olun ki, bu millətin, bu xalqın və bu dövlətin qayğısını çəkməyi özünüzün ən başlıca məqsədiniz hesab edirsiniz. Siz bunu bizə bu son hadisələrdə daha aydın şəkildə göstərdiniz. Vətəndaşların ağır və qayğıya ehtiyac duyduğu bir anda Siz və Mehriban xanım həm maddi, həm mənəvi baxımdan bizim yanımızda oldunuz. Bir çox Azərbaycan vətəndaşı kimi, mən də fəxr edirəm ki, Sizin kimi Prezidentim var. Hər zaman öz vətəndaşının yanında olan, onun arxasında duran və qayğısını çəkən Prezidentimizin olmasını hiss etdirdiyiniz üçün Sizə şəxsən öz və ailəmin adından "Çox sağ olun!" deyirəm”.

Bu fikirləri Samux rayonundan Prezident İlham Əliyevə yazdığı məktubda Arzu İmanov bildirir.

A.İmanov, həmçinin, məktubunda ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasəti dəstəklədiyini vurğulayır. “Qoy, bu dövlətin və bu xalqın daxili və xarici düşmənləri bilsinlər və dərk etsinlər ki, mənim Prezidentim tək deyil, bütün xalqı onunladır. Allah Sizi Azərbaycanımıza çox görməsin” - deyə Samux sakini məktubunda qeyd edir.

Baki-xeber.com

Mənbə: www.baki-xeber.com