İran yenə işğalçıya qucaq açdı: Tehrandan Ermənistana böyük dəstək

İran yenə işğalçıya qucaq açdı: Tehrandan Ermənistana böyük dəstək

Dağlıq Qarabağ müharibəsindən bəri Azərbaycan ərazilərini işğal edən Ermənistana hər cür yardım edən İran bu dəfə bədnam qonşumuza yeni qaz kəməri çəkə bilər.

Teleqraf.com xəbər verir ki, bu məsələ Ermənistanın İrandakı səfiri Artaş Tumanyan və İranın neft naziri Bijan Namdar Zəngən arasında Tehranda baş tutan görüşdə müzakirə edilib.

Tumanyan İran-Ermənistan qaz boru kəmərinin potensialından tam istifadə etməyə imkan verəcək, Ermənistana qaz və elektrik enerjisinin verilməsini dəfələrlə artıracaq, yeni xətlərinin inşasının bu il başa çatacağını xatırladıb.

Tumanyan bir müddət əvvəl Ermənistan tərəfinin müvafiq təkliflərinin İran Neft Nazirliyinə göndərildiyini deyib, ən qısa müddətdə qaz və elektrik mübadiləsi ilə bağlı yeni bir müqavilənin imzalanmasının və ya mövcud birinə düzəliş edilməsinin zəruriliyini qeyd edib.

Mənbə: teleqraf.com