Haftarın qüvvələri darmadağın edildi - FOTO

Haftarın qüvvələri darmadağın edildi - FOTO

Liviyada qanuni hökumət olan Milli Barışıq Hökumətinin ordusu ölkənin şərqində qiyamçı general Xəlifə Haftarın qüvvələrinə aid 3 hərbi avtomobili məhv edib.

Publika.az xəbər verir ki, bu barədə ordunun mətbuat katibi Məhəmməd Kununu danışıb.

O bildirib ki, ordunun hava ünsürləri paytaxt Tripolinin cənubundakı Əsabiə şəhərinin ətrafında əməliyyat təşkil edib və Haftar qüvvələrinə zərbələr endirib.

Qeyd edək ki, sözügedən şəhər 21 mayda qiyamçılardan təmizlənib.

Zümrüd

Mənbə: publika.az