Həftərə qarşı böyük əməliyyat: 3 texnika məhv edildi

Həftərə qarşı böyük əməliyyat: 3 texnika məhv edildi

Liviya ordusu Tripolinin cənubda qiyamçı Xəlifə Həftərin ordusuna qarşı əməliyyatlara başlayıb. Hazırda Həftər ordusuna aid 3 texnika məhv edilib.

Cebhe.info xəbər verir ki, bu haqda Liviya ordusunun rəsmi nümayəndəsi podpolkovnik Muhammed Kununu açıqlama verib.

Kununu "Qəhrəman silahlı qüvvələrimizə üsyançıları əzmək və qiyamı heç bir mərhəmət olmadan kökündən məhv etmək tapşırılıb",- deyə bildirib.

Açıqlamada mayın 21-də bütün Esabia şəhərinin Həftərə bağlı olan qiyamçılardan xilas edildiyi və paytaxtın cənub bölgələrində şiddətli qarşıdurmaların davam etdiyi qeyd olunub.

Xatırladaq ki, 2011-ci ildə Liviyada Müəmmər Qəddafinin devrilməsindən sonra ölkədə ikihakimiyyətlilik hökm sürür.

Tünzalə
Cebhe.info

Mənbə: cebhe.info