İstanbul merindən erməni kilsəsindəki olaya REAKSİYA

İstanbul merindən erməni kilsəsindəki olaya REAKSİYA

İstanbul meri Əkrəm İmamoğlu şəhərin Üsküdar rayonunda yerləşən Surb Qriqor Lusavoriç kilsəsini ziyarət edib.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, kiləsinin üstündə asılmış xaçın naməlum şəxs tərəfindən qopardılmasına görə, kilsəyə gələn mer Üsküdar bələdiyyə sədri Hilmi Tükrmen və kiləs vəqfinin rəhbəri Edvard Ayvazyanla insidenti müzakirə edib.

“Bizə dua edin. Sağlamlığımıza, şəhərimizn gözəlləşməsinə dua edin. Bütün erməni camaatına sevgilərimizi çatdırın. Birlikdəyik. Hansı inancdan olursa olsun, bir ibadətgaha edilən hücum hamımıza edilən hücumdur”- deyə İmamoğlu söyləyib.

 

Mənbə: modern.az