Çin XİN Trampın sanksiya tətbiqi ilə bağlı təhdidlərinə cavab verib

Çin XİN Trampın sanksiya tətbiqi ilə bağlı təhdidlərinə cavab verib

Məhdudlaşdırıcı tədbirlər Honkonqun muxtariyyətini pozan şəxslərə şamil ediləcək...

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Liszyan, ABŞ lideri Donald Trampın Vaşinqtonun Çin və Honq Konq rəsmilərinə qarşı sanksiyalar tətbiq edəcəyi ilə bağlı açıqlamasından sonra ABŞ-ı eyni cavab tədbirləri görməklə hədələyib.

"Çinin maraqlarına ziyan vuran istənilən bəyanat və hərəkətlər sərt əks-hücumla qarşılanacaq", Çjao Liszyan deyib.

İnterAz-ın TASS-a istinadla verdiyi xəbərə görə, Donald Tramp ABŞ-ın bəzi Çin vətəndaşlarının ölkəyə girişinə qadağa qoyacağını bildirib.

Məhdudlaşdırıcı tədbirlər Honkonqun muxtariyyətini pozan şəxslərə şamil ediləcək.

Mənbə: www.interaztv.com