Dövlət rəhbərinə məktub: “Bu çətin sınaq göstərdi ki, Azərbaycan iqtisadiyyatı dayanıqlıdır”

Dövlət rəhbərinə məktub: “Bu çətin sınaq göstərdi ki, Azərbaycan iqtisadiyyatı dayanıqlıdır”

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Sumqayıt şəhər sakini Aişə Səfərlinin məktubunda deyilir:

“Möhtərəm cənab Prezident, bütün dünyanı çalxalayan koronavirus pandemiyasının ölkəmizə təsirləri Sizin sayənizdə minimum səviyyəyə endirildi. Yürütdüyünüz mükəmməl daxili və xarici siyasətin nəticəsidir ki, bu dövrdə digər başqa ölkələrdə baş verən böhran vəziyyəti ilə üzləşmədik. Bu çətin sınaq göstərdi ki, Azərbaycanın maliyyə dayaqları və infrastrukturu dayanıqlıdır. Biz buna Sizin rəhbərliyinizlə uzun illər görülən məqsədyönlü işlərin, çəkilən zəhmətin sayəsində nail olmuşuq. İnanırıq ki, bu yolu uğurla davam etdirəcəyik. Bütün bunlar üçün Sizə minnətdarıq”.

Mənbə: sherg.az