“Bir də görürsən ki, biri tanıdı-tanımadı hər kəsə həqarət etməyə başlayır”

“Bir də görürsən ki, biri tanıdı-tanımadı hər kəsə həqarət etməyə başlayır”

Milli Məclisin bugünkütoplantısında sosial şəbəkələrə nəzarətin vacibliyi ilə bağlı fikirlər səslənib.Bəzi millət vəkilləri hesab edir ki, sosial şəbəkələrdə müharibə, terrorlabağlı çağırışlar səslənir ki, bu da ciddi qanun pozuntusudur.

Moderator.az-aaçıqlamasında bu təklifi şərh edən media eksperti Elçin Şıxlı, bu cür müzakirələrəehtiyac duymadığını vurğulayıb:

“Şübhəsiz ki, terrora,iqrçiliyə və s. kimi məsələlərə çağırışyolverilməzdir və buna görə qanunla məsuliyyət nəzərdə tutulub. Yəni qanunun buməsələyə mövqeyi aydındır və sosial şəbəkələrdəki bu cür çağırışlar əsasənxüsusi xidmət orqanları tərəfindən araşdırılır. Buna görə də parlamentdə sosialşəbəkələrə nəzarətlə bağlı müzakirələrə lüzum görmürəm. Onu da unutmaq olmazki, sosial şəbəkələrə nəzarət texniki baxımdan olduqca çətindir.

Sosial şəbəkələrdənsöyüş, təhqir vasitəsi kimi istifadə də yolverilməzdir.Bir də görürsən ki, biri tanıdı-tanımadı hər kəsə həqarət etməyə başlayır.

Bunu da qeyd edim ki,sosial şəbəkə media sahəsi deyil. Burada hansısa media qurumunun səhifəsi, xəbərplatforması ola bilər ki, bu da tamam başqa şeydir.

Hesab edirəm ki, sosial şəbəkələrənəzarətlə bağlı parlamentdəki müzakirələrə ehtiyac yoxdur və bu müzakirələrə sərfedilən zaman ərzində daha vacib məsələlər müzakirə oluna bilər”.

Seymur ƏLİYE

Mənbə: moderator.az