Paşinyan koronavirusa Şuşada yoluxub? – AÇIQLAMA

Paşinyan koronavirusa Şuşada yoluxub? – AÇIQLAMA

Ermənistan baş naziri Nikol Paşinyanın koronavirusa yoluxması günün əsas xəbərlərindən biri oldu.

Modern.az xatırladır ki, mayın 21-də Azərbaycanın işğal altındakı torpaqlarına gələn Nikol Paşinyan Şuşada separatçıların yeni lideri Araik Arutunyanın “andiçmə” mərasiminə qatılmışdı.

Mərasim zamanı maska taxan hökumət rəhbərinin sonradan Cıdır düzündəki ziyafət məclisində maskasız və karantin qaydalarını kobud sürətdə pozması diqqətdən yayınmamışdı.

Buna görə sosial şəbəkələrdə o, ciddi tənqid hədəfi olmuşdu. Erməni istifadəçilər koronavirusun idarəolunmaz hala gəldiyi Ermənistanda ölkənin 1 nömrəli şəxsinin öz verdiyi qərarlara zidd olaraq, sosial məsafə gözləməməsini şiddətlə qınamışdı.

Bu gün açıqlama verən Nikol Paşinyan koronavirusa hansı şəraitdə yoluxduğuna aydınlıq gətirdi.

“Düşünürəm ki, koronavirusa işgüzar görüş zamanı yoluxmuşam. Hamınız bildiyiniz kimi, belə döyüşlərdə su ilə dolu stəkanlar qoyulur. Diqqət etdim ki, stəkanı stola əlcəksiz qoydular. Hadisə yerindəcə iradımı bildirdim və stəkanı dəyişdirdim. Sonradan, stəkanı stola qoyan ofisiantın koronaviruslu xəsət olması müəyyənləşdi”.

 

 

 

 

 

 

Mənbə: modern.az