Putin Trampı təbrik etdi

Putin Trampı təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp arasında telefon danışığı olub. İki dövlət başçısı danışıq zamanı koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərini müzakirə ediblər.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Kremlin məlumatında bildirilib.

Qeyd edilir ki, Putin Trampla söhbətində strateji sabitlik sahəsində dialoqun genişləndirilməsinin vacibliyini vurğulayıb əlavə edib ki, OPEK+ sazişi neftə tələbatın tədricən bərpa olunmasına və qiymətlərin sabitləşməsinə səbəb olur.

D.Tramp isə öz növbəsində V.Putinə “G7” sammitini Rusiya, Avstraliya, Hindistan və Koreya Respublikası rəhbərlərinin iştirakı əsasında keçirmək fikrində olmasından damışıb. 

Söhbət əsnasında Putin “Crew Dragon” kosmik gəmisinin Beynəlxalq Kosmik Stansiyaya uğurla çatması münasibətilə həmkarını təbrik edib.

Prezidentlər kosmik sferada qarşılıqlı əməkdaşlığın inkişafı üçün birgə mövqedən çıxış etdiklərini təsdiqləyiblər.

Qeyd edək ki, “Crew Dragon” kosmik gəmisinin göyərtəsində Falcon 9 raketləri iki astronavtla birlikdə mayın 30-da orbitə buraxılıb. 2011-ci ildən sonra ilk dəfə NASA kosmonavtları Rusiyanın “Soyuz” gəmisində deyil, ABŞ-ın kosmik gəmisində Beynəlxalq Kosmik Stansiyaya uçub.

Mənbə: apa.az