Prezidentə məktub var: “Sizin uzaqgörənliyiniz hesabına xalqımız həmişə bir addım öndə olub”

Prezidentə məktub var: “Sizin uzaqgörənliyiniz hesabına xalqımız həmişə bir addım öndə olub”

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Şəmkir rayonunun Düyərli kəndindən Kifayət İbrahimova ölkə başçısına məktubunda vurğulayır:

“Möhtərəm cənab Prezident, bu pandemiya dövründə gördüyünüz tədbirlər üçün Sizə çox təşəkkür edirəm. Sizin uzaqgörənliyiniz və müdrikliyiniz hesabına Azərbaycan xalqı həmişə bir addım öndə olmuş, böyük təhlükə yarada biləcək hadisələrə qarşı vaxtında və sanballı işlər görmüşdür. Hazırda dünyanın bəlasına çevrilən koronavirusla mübarizə dövrü də bunu bir daha göstərdi. Cənab Prezident, biz hər birimiz əminik ki, Sizin xalqımıza göstərdiyiniz qayğı, həyata keçirilən ciddi və ardıcıl tədbirlər ölkəmizi koronavirus bəlasından tezliklə qurtaracaq. Allah Sizi və ailənizi pənahında saxlasın!”.

Mənbə: sherg.az