Erməni deputat: “Ölmüş hərbi qulluqçularla bağlı araşdırılan cinayət işləri üzrə qiymətləndirmələr verilmədi”

Erməni deputat: “Ölmüş hərbi qulluqçularla bağlı araşdırılan cinayət işləri üzrə qiymətləndirmələr verilmədi”

“Aydındır ki, Baş prokurorun hesabatında yalnız rəqəmlər təqdim olunub, lakin mövcud problemləri həll etmək üçün atılmış və ya atılacaq addımların hər hansı baxışı, yaxud ardıcıllığı təqdim olunmayıb, bu, sual yaradır: məgər səmərəli iş görülüb, düzgün hədəflər seçilib, yoxsa rəqəmlərin müəyyən azalmaları təsadüfdür?”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin iclasında Ermənistan Baş prokurorunun təqdim etdiyi hesabatın müzakirəsi zamanı Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Andranik Köçəryan bildirib.

Köçəryan qeyd edib ki, Ermənistan Baş prokuroru öz hesabatında ictimai qınaq hallarına da toxunsaydı, yaxşı olardı.

“Məsələn, qeyri-döyüş şəraitində ölmüş hərbi qulluqçularla bağlı araşdırılan cinayət işləri üzrə qiymətləndirmələr verilmədi”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az