Millət vəkili uşaqlarla görüş keçirdi — FOTO

Millət vəkili uşaqlarla görüş keçirdi  — FOTO

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva 1 İyun Uşaqların Beynəlxalq Müdafisəi günü münasibətilə Suraxanı rayonu, Hövsan qəsəbəsinin 76 saylı tam orta məktəbinin şagirdləri ilə onlayn görüş keçirib.

“Ölkə.Az” xəbər verir ki, ilk olaraq məktəbin direktoru Nəsimi Quliyev çıxış edərək, uşaqlara dövlət qayğısından danışıb. Sonra çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva dövlət uşaq siyasəti haqqında məlumat verərək bildirib ki, Azərbaycanda uşaq hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Millət vəkili deyib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident uşaqların sağlam böyüməsi və inkişafını daim diqqət mərkəzində saxlayır., Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu uşaqlarla bağlı mütəmadi olaraq mühüm layihələr həyata keçirir. S. Fətəliyeva qeyd edib ki, uşaqlar, məktəblilər layiqli vətəndaş kimi yetişmək üçün ilk növbədə yüksək biliklərə yiyələnməli, milli dəyərlərimizə sadiq olmalıdırlar. Azərbaycan dövləti bu yöndə bütün imkanları yaradıb. Sonda S.Fətəliyeva şagirdlərə kitablar hədiyyə etməklə yanaşı, bayram sovqatı ilə sevindirib.

Mürtəza
Ölkə.Az

Mənbə: olke.az