“Neftin kəskin ucuzlaşdığı vaxtda Azərbaycanın atdığı addımları tam dəstəkləyirik”- Masatsuqu Asakava

“Neftin kəskin ucuzlaşdığı  vaxtda Azərbaycanın atdığı addımları tam dəstəkləyirik”- Masatsuqu Asakava

Xəbər verdiymiz kimi, iyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

Cebhe.info xəbər verir ki, Masatsuqu Asakava Azərbaycanla Asiya İnkişaf Bankı arasında əməkdaşlığın 1999-cu ildən bəri dərinləşməkdə olduğunu deyib: “Burada söhbət təkcə bir sıra layihələrdən getmir, həmçinin bizim birgə regional əməkdaşlığımız da mövcuddur. Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının 2015-ci ildə Bakıda uğurla keçirilməsi qarşılıqlı etimad və hörmət üzərində qurulmuş tərəfdaşlığımızın bariz nümunəsi olmuşdur.

Şəxsən Sizinlə və hökumətinizlə birbaşa əlaqə mən və heyətim üçün olduqca vacibdir. Biz etibarlı tərəfdaşınız olaraq COVID-19 pandemiyasının yayıldı və neftin qiymətinin kəskin aşağı düşdüyü bir vaxta Azərbaycanın atdığı addımları tam şəkildə dəstəkləyirik. Bu, bizə ölkənizin ehtiyaclarına uyğun optimal cavab tədbirləri hazırlamağa imkan verəcəkdir”.
Xəzər
Cebhe.info

Mənbə: cebhe.info