Asiya İnkişaf Bankının prezidenti: “Azərbaycanın ianə ayırması təqdirəlayiq haldır”

Asiya İnkişaf Bankının prezidenti: “Azərbaycanın ianə ayırması təqdirəlayiq haldır”

“Pandemiya ilə mübarizə və onun Azərbaycana təsiri ilə bağlı həyata keçirdiyiniz nəhəng islahat paketi barədə mənə məlumat verilib. Sizin rəhbərliyinizlə beynəlxalq platformalarda - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatı çərçivəsində pandemiyaya qarşı səylərin əlaqələndirilməsi məndə dərin təəssürat yaratdı. Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına COVID-19-la mübarizə fonduna toplam 10 milyon ABŞ dolları, o cümlədən bu sahədə ehtiyacı olan Qoşulmama Hərəkatına üzv dövlətlərə 5 milyon ABŞ dolları həcmində ianə ayırması da təqdirəlayiq haldır. Həmçinin bilirəm ki, pandemiyadan əziyyət çəkən 13 ölkəyə, o cümlədən Çin Xalq Respublikası, Pakistan, Qırğızıstan, Tacikistan və Özbəkistana da Azərbaycan tərəfindən yardım göstərilib”.

Cebhe.info xəbər verir ki, bunu iyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə videokonfransda bankın prezidenti Masatsuqu Asakava deyib.

“Bununla yanaşı, fürsətdən istifadə edərək, hökumətinizin 13-cü Asiya İnkişaf Fonduna töhfə vermək qərarına görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Dünyanın yoxsul və həssas vəziyyətdə olan ölkələri bu imkandan yararlanacaqdır”,- deyə o vurğulayıb.
Xəzər
Cebhe.info

Mənbə: cebhe.info