“Bu, insanlıq qarşısında cinayətdir” - Tramp

“Bu, insanlıq qarşısında cinayətdir”  - Tramp

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Minneapolis şəhərində (Minnesota ştatı) polis tərəfindən saxlanılmasından sonra ölən afroamerikalı Corc Floyda görə baş qaldıran etiraz aksiyaları daxili terrordur. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.

“Burada, ölkənin paytaxtında polis məntəqəsi ələ keçirilmişdi, Linkoln Memorialı və İkinci Dünya müharibəsi memorialı vandalizmə məruz qalıblar. Bizim ən əsas tarixi kilsələrimizdən biri yandırılıb. Kaliforniyada zabit və hüquq mühafizə orqanlarının afroamerikalı qəhrəmanı güllələnib və öldürülüblər. Bu, dinc etiraz aksiyaları deyil, bu, daxili terror aktlarıdır, günahsız həyatların məhv edilməsi və günahsız qanın axıdılması – bu, insanlıq qarşısında cinayətdir”, - Ağ Evdə çıxış edən Tramp bildirib.

Qeyd edək ki, Minneapolis şəhərində (Minnesota ştatı) polis tərəfindən saxlanılmasından sonra ölən afroamerikalı Corc Floyda görə ölkəni etiraz aksiyaları bürüyüb, bir neçə ştat və şəhərlərdə komendant saatı elan edilib.

Mənbə: qafqazinfo.az