Türkiyə ilə ABŞ arasında - Vacib müzakirə

Türkiyə ilə ABŞ arasında - Vacib müzakirə

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalınla ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Robert Obrayn arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, tərəflər Suriya və Liviyadakı vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Telefon söhbəti zamanı COVID-19-la mübarizə prosesi, terrorizmlə mübarizə və son günlər ABŞ-da yaşanan iğtişaşlar müzakirə olunub.

Mənbə: teleqraf.com