ABŞ-da 17 mindən çox milli qvardiyaçı iğtişaşlarla mübarizəyə cəlb olunub

Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümündən sonra başlamış kütləvi iğtişaşların qarşısını almaq məqsədilə ABŞ Milli Qvardiyasının 17 mindən çox döyüşçüsü köməyə cəlb edilib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Milli Qvardiya bürosunun rəhbəri general Cozef Lenqeyl özünün “Twitter” səhifəsində bildirib.

“Hazırda 17 015 milli qvardiyaçı ictimai iğtişaşlarla mübarizədə yerli xidmət orqanlarına və ştat rəhbərlərinə kömək edir”, - Lenqeyl belə deyib.

General Lenqeylin sözlərinə görə, ABŞ daxilində ümumilikdə 66,7 min Milli Qvardiya əsgəri yerləşdirilib. Onlardan təxminən 45 mini yeni növ koronavirusla mübarizəyə səfərbər olunub. Daha 28 min döyüşçü isə sərhədlərdədir.

“CNN” telekanalının məlumatına görə, bazar ertəsi səhər saatlarınadək Milli Qvardiyanın əsgərləri ABŞ-ın 50 ştatından 26-da xidmətə cəlb edilib. Minnesota ştatında Milli Qvardiyanın rəsmi nümayəndəsi Con Censen mətbuat konfransında bildirib ki, hazırda ştat ərazisində 7 mindən çox milli qvardiyaçı var. Onun sözlərinə görə, tez bir zamanda bəzi bölmələr geri çəkiləcək.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Deputat Seymur Orucovun müdafiəsinə qalxdı: “İlham Əliyev seçimində heç vaxt səhv etmir”

SONRAKI XƏBƏR

İkinci qrup əlil “MuğanBank”dan şikayətçidir – BANK PREZİDENTİN GÖSTƏRİŞİNƏ QARŞI ÇIXMAQDA İTTİHAM OLUNUR