ABŞ bu dəfə Rusiyanın sayıqlığını belə yoxlayacaq: Qorxunc raketlər daşıyan səssiz təyyarələrlə...

ABŞ bu dəfə Rusiyanın sayıqlığını belə yoxlayacaq: Qorxunc raketlər daşıyan səssiz təyyarələrlə...

ABŞ-ın Rusiya sərhədləriyaxınlığında keçirdiyi təlimlər son vaxtlar Rusiyanı ciddi şəkildə narahat etməkədir.

Moderator.az xəbər verirki, Kremlin etirazlarına əhəmiyyət verməyən ABŞ, bu günlərdə Rusiyanın “biraddımlığında” yeni və daha narahatverici təlimlərə start verəcək. Belə ki, ABŞQara dəniz üzərində dağıdıcı raketlər daşıyan və dünyanın ən səssiz təyyarələrindənhesab olunan B-1 bombardmançılarının uçuşlarını gerçəkləşdirəcək. Təlimlər əsnasındaB-1 təyyarələrindən gəmi əleyhinə uzaq mənzilli raketlərin buraxılması məşqediləcək.

Rus siyasiləri hesab edirki, bir müddət öncə Kamçatka yaxınlığında uçuşlar həyata keçirdən ABŞ B-1-lərininbu kəs Qara dənizdə görünməsi Pentaqonun Ukraynaya dəstəyi, Rusiyaya gözdağıvermək istəyi kimi dəyərləndirilməlidir. Ekspertlərin fikrincə, ABŞ bununlaUkrayna səmalarının rus təyyarələrindən etibarlı şəkildə qoruna biləcəyininmesajını verməkdədir.

Seymur ƏLİYEV

Mənbə: moderator.az