“Özünüzü və bizi qoruyun ki, gələcəyimiz sağlam olsun” adlı videoçarx hazırlanıb

İsmayıllı, 2 iyun, AZƏRTAC

İsmayıllı rayon Heydər Əliyev Mərkəzi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Özünüzü və bizi qoruyun ki, gələcəyimiz sağlam olsun” adlı videoçarx hazırlayıb.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin mətbuat katibi Aysu Nəcəfli AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumatda bildirir ki, vaxtilə “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir” söyləyən ümummilli lider Heydər Əliyev tərəfindən hazırlanan dövlət uşaq siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cəmiyyətin ən zərif fidanlarının fiziki cəhətdən sağlam, vətənpərvər ruhda böyümələri, mükəmməl elmi biliklərə yiyələnmələri üçün ölkəmizdə hər cür şərait yaradılıb. Hazırlanan videoçarxda bütün bunlar, xüsusilə gələcəyimiz olan uşaqların qorunmasının və sağlam böyümələrinin hamı üçün zəruri vəzifə olduğu diqqətə çatdırılır.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Deputat Seymur Orucovun müdafiəsinə qalxdı: “İlham Əliyev seçimində heç vaxt səhv etmir”

SONRAKI XƏBƏR

İkinci qrup əlil “MuğanBank”dan şikayətçidir – BANK PREZİDENTİN GÖSTƏRİŞİNƏ QARŞI ÇIXMAQDA İTTİHAM OLUNUR