Hamının diqqətinə: Korona daha öldürmür? - ÜST-dən şok açıqlama

Hamının diqqətinə: Korona daha öldürmür? - ÜST-dən şok açıqlama

Hazırda COVİD-19 virusunun daha az xəstəlik törədən bir forma aldığı barədə əlimizdə heç bir fakt yoxdur.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının sağlamlıq sahəsində fövqəladə vəziyyətlər proqramının rəhbəri Mayk Rayan deyib.

O, dünya əhalisini diqqətli olmağa çağırıb: "Biz son dərəcə diqqətli olmalı və virusun özbaşına geri çəkiləcəyi illüziyasına qapılmamalıyıq. Bu, baş verməyib".

Mayk Rayan koronavirusun öldürücü xüsusiyyətinin qaldığını və minlərlə insanın hər gün virusdan həyatını itirdiyini vurğulayıb.

Mənbə: teleqraf.com