Donald Trump: "Əlimdə olsa, Tvitteri bağlayaram"

Donald Trump: "Əlimdə olsa, Tvitteri bağlayaram"

Amerika Prezidenti Donald Trump sosial media platformalarına dair yeni hüquqi tənzimləmələr nəzərdə tutan fərmanı imzalayıb. Ağ evdə keçirilən imza mərasimində danışan Trump artıq sosial media platformalarının, istifadəçilərinə tətbiq etdiyi senzuradan və platformalarda edilən paylaşmalardan cavabdeh olmaları lazım gəldiyini bildirib.

Milli.Az ted.az-a istinadən bildirir ki, fərman imzaladığı anda mərasimdə iştirak edən bir jurnalistin "Tvitter hesabınızı siləcəksinizmi?" sualına Trump belə cavab verib: "Bu ölkədə daha ədalətli mətbuat olsaydı bunu sevərək edərdim. Amma mətbuat ədalətsiz olduğu üçün mən məhz sosial media vasitəsilə bir çox insanla əlaqə yaradıram. Əlimdə olsa, Tvitteri də bağlayardım. Bəli... Tvitter, hörmətli bir şirkət olmasa və hüquqi haqqım olsa, Tvitteri bağlayardım. Bu mövzuda vəkillər ilə danışmışıq, hüquqi bir proses icra edəcəyik".

Qeyd edək ki, Ağ ev rəsmisi Tvitterin "məlumatı təsdiqlə" variantını "siyasi hərəkət" olaraq xarakterizə edib. O, sosial media şirkətlərinin "inhisarçılıq" etdiyini düşünərək belə bir addım atıb.

Milli.Az

Mənbə: news.milli.az