Tramp baş verənləri "daxili terror" adlandırdı

ABŞ-da qara dərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlayan etiraz aksiyaları davam edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkə Prezidenti Donald Tramp məsələyə münasibət bildirib. O, baş verənləri "daxili terror" olaraq adlandırıb.

Həmçinin qeyd edək ki, Tramp ABŞ-da davam edən etirazları dayandırmaq üçün orduya səlahiyyət verib. O, əsas məqsədinin xalqı qorumaq olduğunu deyib:

"Ölkəmizin qanunlarını yerinə yetirmək üçün and içmişəm. Corc Floydun öldürülməsinə haqlı olaraq etiraz edən Amerika xalqı üçün bu sözümə əməl edəcəm. Ədalət öz yerini tapacaq"

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Hərbi bazaya NAMƏLUM HÜCUM: 2 əsgər həlak oldu

SONRAKI XƏBƏR

Bu ölkədə hərbi hissəyə hücum edildi - 2 əsgər həlak oldu