İranlı general xəbərdarlıq etdi

İranlı general xəbərdarlıq etdi

Eastnews.org-un verdiyi xəbərə görə, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri xarici təhdidlərə cavab verib.
Məhəmməd Baqiri verdiyi açıqlamada vurğulayıb ki, ölkə torpaqlarına qarşı istənilən provakasiyanın qarışısı qətiyyətlə alınacaq.
"Heç bir halda ölkəmizi və xalqımızı müdafiə etməkdən geri addım atmayacağıq. Bunu düşmən də, dost da yaxşı bilir. Düşmən dəfələrlə bizim sərt üzümüzü görüb", - deyə Məhəmməd Baqiri diqqətə çatdırıb.
O qeyd edib ki, bu gün İran xalqı dövlətlə birgə addımlayır.

Mənbə: IRNA

Mənbə: eastnews.org