“Rusların həmin manevrinə görə, təlimdə vurulan hədəflər bizim döyüş mövqelərimiz olmalı idi”

“Rusların həmin manevrinə görə, təlimdə vurulan hədəflər bizim döyüş mövqelərimiz olmalı idi”

Azərbaycantarixində müəyyən rol oynayan 4 iyun Gəncə hadisələrinin 27-ci ili tamam olur.Bununla bağlı bir neçə gün əvvəl saytımıza müsahibə verərkən dövrün milli təhlükəsizlik nazirininmüavini Sülhəddin Əkbər bir sıra ilginc faktlar söyləyib. Belə faktlardan biridə o dövrdə Rusiyanın Azərbaycandakı səfiri Valter Şoniyanın baş nazir PənahHüseynlə görüşdə ölkəmizə qarşı açıq təhdidlərlə çıxış etməsi məsələsidir

O zaman Azərbaycanın Baş naziri olmuş, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynsözügedən faktla bağlı Moderator.az-a açıqlama verib. Həmin hadisəninaydınlaşdırılması ilə bağlı sualımızı cavablandırarkən Pənah Hüseyn deyib ki, Sülhəddinbəyin konret hansı hadisəni nəzərdə tutduğunu deyə bilmərəm, ancaq o zamanRusiyanın Azərbaycanda qalan sonuncu hərbi hissəsinin rəhbərliyi ilə böyük mübahisələrimizolmuşdu:

“Gəncədəsonuncu Rusiyanın 221-ci dviziyası çıxmamışdan əvvəl onun komandanlığı iləbizim bir söhbətimiz olmuşdu. Bu, Gəncədə və təxminən 1993-cü ilin aprelində baştutmuşdu. Səfir Valter Şoniya da orada iştirak etmişdi. Diviziya hələ köçməmişdivə onun rəhbərliyi ilə bununla bağlı müəyyən danışıqlar gedirdi.

Bizə məlumolmuşdu ki, aprel ayında onların manevr təlimləri olmalı imiş və orada onlarınmütəxəssisləri də iştirak etməli idi. Bu barədə tam detalları ilə danışmağaehtiyac görmürəm hazırda.

Bizim kəşfiyyatınəlinə rusların həmin manevrinin planı keçmişdi və həmin manevrə görə, təlimdəvurulan hədəflər bizim döyüş mövqelərimiz olmalı idi. Ona görə də bu məsələninüstündə orada böyük mübahisə olmuşdu və səfir də o zaman bu mübahisədə iştirak etmişdi. Yəni bizdaha çox diviziyanın rəhbərliyi ilə mübahisə etmişdik.

Sonralarsəfir Valter Şoniya bir müsahibə vermişdi. Orada o belə bir ifadə işlətmişdiki, dövlət katibi Pənah Hüseyn orada bir mübahisə yaratdı, isterika ortayaçıxardı. Onun belə bir ifadəsi var idi. Ola bilər ki, Sülhəddin bəy də bu hadisələrinəzərdə tutur”.

P.Hüseyn əlavə edib ki, o zaman həmin səfirin Rusiyada “PostFaktum” adlı qəzetdə birmüsahibəsi çıxmışdı. Bu müsahibə tərcümə edilib “Azadlıq” qəzetində də çapedilmişdi:

Səhv etmirəmsə, bu da aprel ayında olmuşdu. Orada səfirAzərbaycanın daxili işlərinə qarışan ifadələr işlətmişdi. Yəni, Azərbaycandahakimiyyət kimlərin əlindədi, mənim də adımı hallandırmışdı. Düzdü, səfir ovaxt rəsmi məktub yazaraq belə bir müsahibə vermədiyini bildirmişdi. Bunun daüstündə onunla bizim aramızda, belə demək mümkünsə, müəyyən gərginlik yaşanmışdı.

Bu, təhdiddənçox birbaşa Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilirdi. Azərbaycanıno vaxtkı prezidenti haqqında, daxili işlər naziri haqqında, siyasi rəhbərlikhaqqında müxtəlif fikirlər söyləmişdi.

Onu dadeyim ki, mən o zaman Rusiyaya səfərlər edirdim və dövrün xarici işlər naziriKozırevlə görüşürdüm. Kozırevin Azərbaycana münasibəti Rusiya hərbi rəhbərliyindənfərqlənirdi və bizdə məlumat vardı ki, Kozırevlə səfir V.Şoniyanın münasibətlərindəproblem var”.

“Həminhadisələrin əsas fiquru olan Surət Hüseynovun son müsahibələri ilə tanışsınızmı, orada sizin də adınızı hallandırıb” sualına cavabında Pənah Hüseyn qeyd edibki, Surət Hüseynovun son müsahibələrinin bəziləri ilə tanış olmuşam, o, yenibir şey deməyib:

“Hələlikbelə bir niyyətim yoxdu, ancaq ehtiyac yaransa, ona bir tutarlı cavab verəcəm. Doğrusuonun nədən danışdığı hələ mənə məlum deyil. İstənilən adamın danışmaq hüququvar, heç kimin ağzını qapatmaq olmaz. Ancaq hər kəs də danışdığının məsuliyyətinibilməlidi”.

Taleh

Mənbə: moderator.az