Rəsmən açıqlandı: İŞİD-ə qarşı əməliyyat başladı

Rəsmən açıqlandı: İŞİD-ə qarşı əməliyyat başladı

İraqın Baş naziri Mustafa Kazıminin göstərişi əsasında Kərkükün cənub-qərbində İŞİD-ə qarşı əməliyyat başladılıb.

Axar.az xəbər verir ki, bunu İraq Silahlı Qüvvələrinin sözçüsü Yəhya Rəsul deyib.

O bildirib ki, “İraqın qəhrəmanları” adı altında aparılan əməliyyat 5 fərqli nöqtədən davam etdirilir:

“Əməliyyatın məqsədi ölkədə sabitliyi və təhlükəsizliyi təmin etmək, eyni zamanda, bölgəni İŞİD-dən tamamilə təmizləməkdir”.

Mənbə: axar.az