Sobyanin evlərin yaxınlığında spirtli içkilərin satışına qadağa qoydu

Sobyanin evlərin yaxınlığında spirtli içkilərin satışına qadağa qoydu

Moskva şəhərinin meri Sergey Sobyanin paytaxtda ticarət fəaliyyətini tənzimləyən qanuna dəyişikliklər edib.

KONKRET.az xəbər verir ki, qanuna edilən dəyişiklikllər meriyanın internet səhifəsində yer alıb.

Mənbə bildirir ki, yeni qaydalara əsasən yaşayış evlərinin 20 metr çevrəsində spirtli içkilərin satışı qadağan edilib.

Eyni zamanda, yaşayış binalarında mini barların fəaliyyətinə də qadağa qoyulub.

Surxay

KONKRET.az

 

Mənbə: konkret.az