Keçmiş erməni nazir: “Naxçıvanı gücləndiriblər, silah gətiriblər ki, İrəvan əlçatan olsun”

Keçmiş erməni nazir: “Naxçıvanı gücləndiriblər, silah gətiriblər ki, İrəvan əlçatan olsun”

“Azərbaycan-Türkiyə ittifaqı öz qlobal siyasətini həyata keçirir”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu “Yerkrapah” hərbi təşkilatının sədr müavini, Ermənistanın keçmiş Müdafiə naziri Vağarşak Harutyunyan deyib.
O qeyd edib ki, indi vəziyyət dəyişib: “Hazırda onlar Naxçıvan sərhədlərindən Ermənistan üzərinə geosiyasi, hərbi, siyasi təzyiq həyata keçirirlər ki, erməni tərəfi Qarabağ məsələsində güzəştlərə getsin. Onların fikrincə, güzəşt isə bizim Qarabağı təhvil verməyimizdir”.
Harutyunyan bildirib ki, Azərbaycan Naxçıvan sektorunu gücləndirib: “Onlar Naxçıvanı gücləndiriblər, silah gətiriblər ki, İrəvan əlçatan olsun”.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az