Sosial şəbəkələrdə nəzarət tətbiq edilməlidirmi – politoloq şərh edir

Sosial şəbəkələrdə nəzarət tətbiq edilməlidirmi – politoloq şərh edir

Politoloq İlqar Vəlizadə deyir ki, bir çox hallarda insanlar nəzarətin gücləndirilməsini söz azadlığının məhdudlaşdırılması ilə eyniləşdirirlər

RADİOİlqar Vəlizadə: “Söz azadlığı sosial şəbəkələrin əsas prinsiplərindəndir”

“Sosial şəbəkələr bir çox hallarda destruktiv qüvvələrin və qrupların məkanına çevrilib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, qapalı qruplarda dövlət əleyhinə fəaliyyətlər, bəzən də terror aktları planlaşdırılır:

“Bu baxımdan sosial şəbəkələrə nəzarətin gücləndirilməsi zəruridir. Bir çox hallarda insanlar nəzarətin gücləndirilməsini söz azadlığının məhdudlaşdırılması ilə eyniləşdirsələr də, bu belə deyil. Söz azadlığı sosial şəbəkələrin əsas prinsiplərindəndir, amma senzurasız sosial şəbəkə yoxdur. Məhz sosial şəbəkələrin özü bir çox hallarda məhdudlaşmalar tətbiq edir. Düşünürəm ki, sosial şəbəkələrin fəaliyyətini tənzimləmək üçün müştərək tənzimləmə mexanizmləri yaradılmalıdır”.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələr üzərində nəzarəti artıran sərəncam imzalayıb.

Mənbə: sputnik.az