Rusiya BQ NATO-nun Barents dənizində keçirdiyi təlimləri təxribat kimi qiymətləndirib

Rusiya BQ NATO-nun Barents dənizində keçirdiyi təlimləri təxribat kimi qiymətləndirib

Rusiyanın Baş Qərargahı NATO-nun Barents dənizində keçirdiyi hərbi təlimlərini təxribat kimi qiymətləndirib. Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi general-polkovnik Sergey Rudskoy məlumat verib.

“NATO Arktikada fəaliyyətini sürətləndirib. Soyuq Müharibənin bitməsindən sonra ilk dəfə olaraq NATO-nun birgə hərbi dəniz qüvvələrinin döyüş gəmilərindən ibarət tapşırıq qrupu bu bölgədə təlimlər keçirdi. Təlimlər zamanı onlar Rusiya ərazilərinə zərbələr endirmək və Rusiya ballistik raketlərini ələ keçirmək tapşırıqlarını yerinə yetirdilər. ABŞ tərəfinin bu gəmilərin Barents dənizinə qısa müddətdə daxil olması barədə xəbərdar etməsinə baxmayaraq, biz bu addımları təxribat kimi qiymətləndiririk”, - deyə o qeyd edib.

Rudskoy ötən ay Rusiya sərhədləri yaxınlığında ABŞ-ın nüvə qabiliyyətli strateji bombardmançılarının uçuş sayının artdığını da qeyd edib. O, Amerikanın B-1B strateji bombardmançılarının keçən həftə ilk dəfə Ukrayna üzərindən uçduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az 

 

Mənbə: ordu.az