“Biz, ona yox, Putinə güvənirik” – Rusiya liderinin yeni həll planı

“Biz, ona yox, Putinə güvənirik” – Rusiya liderinin yeni həll planı

“ABŞ və İsrail öz haqlarını tələb edən Fələstinə qarşı savaş elan edib”.

Teleqraf.com xəbər verir ki, bunu Fələstin Xarici İşlər naziri Riyad əl-Maliki deyib.

Nazir ABŞ hökumətinin İsrailin tərəfini tutduğu üçün onun vasitəçiliyini qəbul etməyəcəklərini bildirib:

“ABŞ tərəf tutur. İndi tamamilə İsrailin maraqları çərçivəsində hərəkət edir, ona güvənmirik. Artıq ABŞ dürüst vasitəçi deyil, bundan sonra da vasitəçi ola bilməz”.

Maliki İordan vadisinin İsrailə ilhaq planının qəbuledilməz olduğunu bildirib və bunu Fələstin ərazilərinə müdaxilə olduğunu deyib:

“Fələstin ərazilərini ilhaq etmək istəyən Netanyahu bununla barəsində irəli sürülmüş korrupsiya ittihamlarından yaxa qurtarmaq istəyir. İlhaq qərarı, öz karyerasını xilas etmək üçün yeganə yoldur. Onun günahını biz ödəyirik”.

Nazir İsrail-Fələstin münaqişəsində Rusiya Prezidenti Vladimir Putinin vasitəçilik missiyasına da diqqət çəkib:

“Prezident Putinə güvənirik. Əgər o, dördtərəfli bir görüş nəzərdə tutursa və bunun nəticələrinə inanırsa, bu, bizi müzakirə masasına geri gətirəcək. Əgər Prezident Putin belə bir görüşün ilhaq planının qarşısını alacağına inanırsa, biz, Moskvaya getməyə hazırıq”.

Mənbə: teleqraf.com