ABŞ-ın sərbəst buraxdığı iranlı alim ölkəsinə dönüb

ABŞ-ın sərbəst buraxdığı iranlı alim ölkəsinə dönüb

ABŞ-ın sərbəst buraxdığı enerji sahəsi üzrə iranlı alim ölkəsinə dönüb.

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rəsmi Twıtter səhifəsində məlumat verib.

İran XİN rəhbəri bildirib ki, doktor Sirus Əsgəri bu gün ABŞ-dan İrana dönüb.

Qeyd edək ki, İranın enerji sahəsi üzrə alimi Sirus Əsgəri 2016-cı ildə ABŞ-da həbs edilmişdi.

Son zamanlarda ABŞ-la İran məhbusların mübadiləsi məsələsini gündəmə gətirmiş və bu zəmində danışıqlar qismən müsbət nəticə vermişdi.

Mənbə: www.interaztv.com