Deputat qanunların icrasına nəzarət edəcək qurumun yaradılmasını təklif edib

Deputat qanunların icrasına nəzarət edəcək qurumun yaradılmasını təklif edib

“Azərbaycan müstəqillik əldə edəndən sonra yüzlərlə qanun qəbul etmişik. Lakin bəzi qanunlar hələ də işləmir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Eldar Quliyev deyib.

O təklif edib ki, qanunların icrasına nəzarət etmək üçün qurum yaradılsın: “Ölkə başçısı da Milli Məclisin ilk iclasında çıxışı zamanı keyfiyyətin əsas olması fikrini səsləndirdi. Bu qurum qanunların icrasına nəzarəti həyata keçirsin. Bununla da qəbul edilən qanunlar işlək hala gələ bilər”.

Mənbə: apa.az