Ağ Ev-ə qoşun yeridilir

Ağ Ev-ə qoşun yeridilir

Ağ Ev qarşısında vəziyyət gərginləşməkdə davam edir.

Cebhe.info-nun xəbərinə görə, ABŞ-da Milli Qvardiya qoşunlarının hərbi maşınlarla Ağ Evə yola salındığı bildirilir.

Prezident Donald Trampın silahlı hərbi personal və təhlükəsizlik qüvvələrinə zorakı olaylara müdaxilə etmək tapşırığı verdiyi qeyd olunur.

Xatırladaq ki, ABŞ-ın Minneapolis şəhərində polis zorakılığı nəticəsində qaradərili Corc Floydun öldürülməsi ölkədə gərginliyə səbəb olub.

Bəzi ştatlarda keçirilən nümayişlər zamanı qarşıdurmalar yaranıb, mağazalar qarət edilib.

Xatirə
Cebhe.info

Mənbə: cebhe.info