“Dağlıq Qarabağa muxtariyyətin verilməsi məsələsi artıq öz hüquqi gücünü itirib”

“Dağlıq Qarabağa muxtariyyətin verilməsi məsələsi artıq öz hüquqi gücünü itirib”

“Azərbaycan bu gün sadəcəİrəvanla deyil, həm də Zəngəzurla bağlı iddia qaldırmalıdır. Çünki ZəngəzurunErmənistana verilməsi haqqındakı müqavilədə qeyd olunub ki, bu torpaqlar ermənilərəbir şərtlə verilir ki, onlar bir də Azərbaycan torpaqlarına qarşı iddia irəli sürməyəcəklər.Lakin onlar Azərbaycan torpaqlarına qarşı yeni iddialar irəli sürməkdə davamedirlər”.

Bunu Moderator.az-aaçıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. Partiya sədrinin sözlərinəgörə, Dağlıq Qarabağa muxtariyyətin verilməsi məsələsi də artıq öz tarixi-hüquqiqüvvəsini itirib:

“Dağlıq Qarabağamuxtariyyət verilməsi ilə bağlı sənəddə də vurğulanır, bu muxtariyyət bir şərtləevrilir ki, onlar heç vaxt Azərbaycandan qopmaqla bağlı iddia səsləndirməyəcəklər.Bu gün ermənilər həm Qarabağı, həm də digər torpaqları bizdən qoparmağaçalışırlar. Həm Zəngəzur, həm də Dağlıq Qarabağa muxtariyyətin verilməsi iləbağlı məsələ öz hüquqi gücünü itirib. Biz sadəcə Qarabağın deyil, İrəvanın, Zəngəzurunda qaytarılmasını tələb etməliyik”.

Seymur ƏLİYEV

Mənbə: moderator.az