Türkiyədən Qərbi Aralıq dənizi açıqlaması

Türkiyədən Qərbi Aralıq dənizi açıqlaması

Türkiyənin neft araşdırma və qazma işləri üçün müraciət etdiyi yeni lisenziyalı sahələr BMT-yə ünvanlanan kontinental şelf hüdudları daxilindədir.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.

O bildirib ki, Türkiyə bu sahədə suveren hüquqlarını həyata keçirməyə davam edəcək:

“Qərbi Aralıq dənizində ölkəmizin və kiprli türklərin hüquqlarını qoruyacağıq. Bu çərçivədə seysmik tədqiqat və qazma işləri ilə bağlı fəaliyyətimiz əvvəlcədən müəyyən edilmiş proqrama uyğun olaraq həyata keçirilir”.

Mənbə: axar.az