Deputat: “Prezidentin səsləndirdiyi hər bir cümlə bizim üçün yol xəritəsidir”

Deputat: “Prezidentin səsləndirdiyi hər bir cümlə bizim üçün yol xəritəsidir”

"Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, dəyərli həmkarımız Tural Gəncəliyyevin qaldırdığı məsələdə dəstəyimi ifadə edirəm və təklif vermək istəyirəm. Cənab prezident 10 mart tarixində parlamentdə çıxış edərkən səsləndirdiyi hər bir cümlə bizim üçün yol xəritəsidir. Ölkə başçısı da çıxışında bildirdi ki, hücum diplomatiyası ən məqbul variantıdır".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Ramil Həsən deyib. R.Həsən bildirib ki, hücum diplomatiyası bizim üçün ən prioritet istiqamət olmalıdır: Milli Məclisdə 82 parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Bizim torpaqlarda ermənilərin 31 martda keçirdiyi seçki şousu, Şuşada andiçmə mərasi kimi məsələlər baş verən zaman dostluq qrupları vasitəsilə ölkələr qarşısında bu məsələni qaldıraq. Bu həm də parlamentlərarası əməkdaşlığı daha da artıracaq".

 

Mənbə: olaylar.az