Tacikistan Prezidenti Putinə “hə” dedi – Moskvaya gedəcək

Tacikistan Prezidenti Putinə “hə” dedi – Moskvaya gedəcək

Tacikistan Prezidenti Emoməli Rəhmon iyunun 24-də Böyük Vətən Müharibəsindəki Qələbənin 75 illiyi bağlı Moskvada keçiriləcək mərasimlərdə iştirak edəcəkdir.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə iyunun 2-də Tacikistan Xarici İşlər Nazirliyinin informasiya şöbəsinə istinadən məlumat yayılıb.

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Moldova prezidenti İqor Dodon, Serbiya prezidenti Aleksandr Vuçiç də paradda iştirak etdiklərini təsdiqləyiblər.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi şərəfinə 9 May tarixinə planlaşdırılan bütün ictimai tədbirlərin, o cümlədən Qırmızı Meydandakı paradın təxirə salınacağını açıqlayıb.

Mənbə: konkret.az