Paşinyan oğlunu gizlədir: müharibə başlaya bilər

Paşinyan oğlunu gizlədir: müharibə başlaya bilər

Ermənistan lideri Nikol Paşinyanın oğlu Aşot yaxın vaxtlarda tərxis ediləcək.

KONKRET.az xəbər verir ki, rəsmi demobilizasiyadan təxminən iki ay keçməsinə baxmayaraq, baş nazirin oğlunu indi silahlı qüvvələrdən tərxis etmək qərarı verildi.

İrəvan hesab edir ki, Paşinyan Şuşadakı macərasından sonra aktiv hərbi əməliyyatların başlanmasından qorxmağa başlayıb.

“Joxovurd” qəzetinin gündəlik məlumatında bildirilib ki, müəyyən edilmiş qaydada Nikol Paşinyanın oğlunun tərxis olunması 11 avqustadək baş tutacaq.

Media bu addımı Azərbaycanın istənilən vaxt işğal altındakı torpaqları azad etmək üçün genişmiqyaslı hərbi əməliyyatlara başlaması ilə əlaqələndirir.

Yeri gəlmişkən, Müdafiə Nazirliyində yayılan şayiələrə görə, cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət edən Ermənistan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin oğlu Artak Davtyan da təcili olaraq tərxis ediləcək.

Mənbə: konkret.az