Virus getdikcə zəifləyir? - ÜST dünyanı düşündürən sualı cavablandırdı

Virus getdikcə zəifləyir? - ÜST dünyanı düşündürən sualı cavablandırdı

“COVID-19 qatil virus olmaqda davam edir və öz patogenliyini hələ itirməyib”.

Cebhe.info xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təskilatının fövqəladə vəziyyətlər üzrə proqram rəhbəri Mayk Rayan deyib.

Onun sözlərinə görə, zamanla virusun daha az təhlükəli olacağına dair fikirlərə inanmaq lazım deyil: "Virus yenə də öldürcü olaraq qalır. Xüsusilə diqqətli olmalı, illuziyalara qapılmamalıyıq".

O xatırladıb ki, hazırda Mərkəzi və Cənubi Amerikada virus pik həddini keçməyib.

Rayan qeyd edib ki, Braziliya, ABŞ, Peru, Çili və Meksika son sutkada ən yüksək yoluxma statistikası verib. ÜST hazırda daha çox səhiyyə sisteminin zəif olduğu Haitidəki durumdan narahatdır

Mənbə: cebhe.info