Tramp: ABŞ-dakı iğtişaşları yatırmaq üçün ordudan istifadə ediləcək

Tramp: ABŞ-dakı iğtişaşları yatırmaq üçün ordudan istifadə ediləcək

ABŞ prezidenti Donald Tramp həftə sonu onlarla şəhəri caynağına alan iğtişaşların qarşısını almaq üçün ordudan istifadə edə biləcəyini açıqladı.

KONKRET.az xəbər verir ki, “Posse Comitatus Act” qanununa görə, silahlı qüvvələr Konqresin icazəsi olmadan daxili fəaliyyət göstərə bilməzlər. Ancaq Tramp 1807-ci ildə qəbul edilmiş və bu vaxtdan bəri ABŞ-da tətbiq olunmayan “Insurrection Act” qanunundan istifadə etmək niyyətində olduğunu bildirdi.

O, bütün resursları – istər mülki, istərsə də hərbi qüvvələri iğtişaşlara və talançılığa son qoymaq üçün səfərbər edəcəyini açıqladı.

Mülkiyyətin məhv edilməsini dayandırmaq üçün minlərlə hərbçi və polis əməkdaşını göndərəcəyinə söz verdi.

Baş verən iğtişaşlar və müşayiət olunan zorakılıq hərəkətləri prezident “daxili terror” adlandırıldı.

Trampın çıxışından bir neçə dəqiqə əvvəl polis və hərbi qüvvələr Ağ Evdəki dinc nümayişi dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etdilər. ABŞ-ın onlarla şəhərində mağazalar talan edildi, 12-dən çox kilsə yandırıldı.

Nyu-Yorkda, aşağı Manhettenin Soho bölgəsində onlarla mağazaya basqın edildi.

Buna cavab olaraq şəhər rəsmiləri komendant saatı tətbiq etdilər, ancaq çərşənbə axşamı gecə hücumlar davam etdi.

Günün ortasında polis Ağ Evin qarşısındakı ərazini təmizlədi. Məlum oldu ki, bu, Trampın Amerika Birləşmiş Ştatlarının prezidentinin iqamətgahının qarşısında yerləşən Sankt John Episkopal Kilsəsinin fonunda danışması üçün edildi. Bir gün əvvəl etirazçılar ona yandırdılar.

ABŞ-da etiraz dalğaları bir polisin əli ilə afroamerikalı Corc Floydun ölümündən sonra başladı. O vaxtdan bəri ABŞ şəhərlərində polislə qarşıdurma və talanlarla müşayiət olunan nümayişlər davam edir.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az