Trampın Rusiya ilə bağlı dəvətinə etiraz...

Trampın Rusiya ilə bağlı dəvətinə etiraz...

Kanadanın baş naziri Castin Trudo ABŞ prezidenti Donald Trampın Rusiyanı da bir neçə ölkə sırasında "Böyük yeddilik" formatında baş tutacaq yığıncağa dəvət etmək qərarına qəti etiraz bildirib.

Moderator.az-ın məlumatına görə, Castin Trudo Rusiyanın bu toplantıda iştirakının arzuolunmaz olduğunu vurğulayıb. Rusiyanın indiyədək beynəlxalq qanunlara etinasız yanaşdığını, bütün normaları pozduğunu deyən baş nazir bu ölkənin siyasətində hələ də müsbət dəyişiklik olmadığını diqqətə çatdırıb.

Castin Trudo bir neçə il öncə Krımı işğal etdiyinə görə Rusiyanın "Böyük səkkizlik"dən xaric edildiyini xatırladıb, "Məhz bütün bunlara görə Rusiya "Böyük yeddilik"dən də uzaq, qapı arxasında qalmağa layiqdir" deyib.

Xatırladaq ki, Rusiya Ukraynaya hərbi müdaxiləsindən, Krımın işğal edəndən sonra "Böyük səkkizlik"dən çıxarılıb, nəticədə bu birlik 2014-cü ildən "Böyük yeddilik" formatında fəaliyyət göstərir.

Mənbə: moderator.az