Ermənistan hökuməti haqqında yeni miflər

Ermənistan hökuməti haqqında yeni miflər

Ermənistan hökumətinin tərəfdarları mütəmadi olaraq kütlələrin hökumətə müsbət münasibətini təhrik və ya gücləndirməyə yönəlmiş təbliğat mifləri yayırlar. Klassik bir nümunə göstərək, guya Fransa Kraliçası Mari-Antuanet deyib ki, əgər xalqın yeməyə çörəyi yoxdursa, qoy pirojnalar yesinlər. (Əfsanənin müəllifi nə az, nə çox, böyük fransız filosofu Jan-Jak Russodur).

Erməni KİV-ləri yazır ki, indi hazırkı hökumət haqqında müsbət nağıllar uydurma vaxtıdır.

Paşinyan hakimiyyəti üçün əlbəttə ki, bu an əlverişlidir. Lakin erməni KİV-ləri yayılan məlumatlara iki tutarlı cavab irəli sürür.

“1. Hökumət referendum keçirməmək üçün fövqəladə vəziyyət rejimini uzadır. Bu anda referendum keçirilsə, əhalinin əksəriyyəti “yox” deyəcək.

2. Hökumət Ermənistandakı siyasi fəallığı məhdudlaşdırmaq üçün fövqəladə vəziyyət rejimini uzatdı.

Faktiki olaraq, mövcud hökumət, yumşaq desək, koronavirusla mübarizədə uğur qazana bilməyib.

Yeri gəlmişkən, korrupsiya ilə bağlı da eyni sözləri də demək olar. Korrupsiya, 1998-ci ildən bəri yuxarı orqanların və oliqarxiyanın fədakar səyləri ilə qurulmuş və bir neçə il sonra daim işləyən “yağlı” bir sistemdir. 20 illik mexanizmi bir neçə atəşli nitqlə ləğv etmək mümkün deyil”, - deyə KİV-lər qeyd edib.

 

Mənbə: ordu.az