İraq ordusu İŞİD-in hücumlarına cavab olaraq Kərkükdə əməliyyata başladı...

İraq ordusu İŞİD-in hücumlarına cavab olaraq Kərkükdə əməliyyata başladı...

İŞİD tərəfindən Kərkükə edilən hücumlara cavab olaraq İrak ordusu Baş nazir Kazıminin göstərişi ilə beş istiqamətdə əks-hücuma keçib.

Moderator.az xəbər verir ki, İraqın Baş naziri Mustafa əl-Kazıminin göstərişi ilə Kərkükün cənub-qərb hissəsindəki ərazilərin terrorçulardan təmizlənməsinə başlanılıb. Baş nazirin sözcüsü Yəhya Rəsul əməliyyatlara göstərişin baş nazir tərəfindən verildiyini təsdiqləyib.

Y.Rəsul bildirib ki, əməliyyatların məqsədi bölgədə sabitliyi və təhlükəsizliyi təmin etməkdir. 2014-cü ilin iyununda İŞİD Mosul, Səlahəddin, Enbar, Diyala və Kərkük əyalətlərinin hamısını ələ keçirsə də, son illər həmin ərazilər terrorçulardan təmizlənib. İraqın keçmiş Baş naziri Heydər əl-İbadi 9 dekabr 2017-ci ildə terrorçulara qalib gəldiklərini açıqlamışdı. Lakin indinin özünə kimi İŞİD terrorçuları həmin bölgələrdə hücumlar həyata keçirirlər

Mənbə: moderator.az