Supermenlik bitdi, ABŞ dağılacaq - Klintseviç

Supermenlik bitdi, ABŞ dağılacaq - Klintseviç

25% işsiz və əldə 280 milyon tüfəngin olması, artıq zarafat deyil. Hərbçilərdən istifadə etmədən qiyamlar daha da genişlənəcək ki, bu da Amerika dövlətçiliyinin dağılmasına gətirib çıxaracaq.

Axar.az xəbər verir ki, bunu rusiyalı senator Frants Klintseviç deyib.

“Tramp etirazçılara qarşı sərt tədbirlərin tərəfdarı olmayan ştatların qubernatorlarını çətin ki, özünə tabe etdirə bilsin. Bu qubernatorların özlərinin seçiciləri və siyasətləri var. ABŞ-da baş verənlər seçkiqabağı mübarizənin aspektlərindən biridir.

Tramp dövlətçiliyin dağıldığını gördüyü üçün daha sərt tədbirlər üçün çağırış edir. Gələcəkdə yenidən seçilmək istəyən qubernatorlar onun qərarlarını sabotaj edirlər. Yekun nəticədə bu siyasi-iqtisadi böhranın dərinləşməsinə və ABŞ-ın parçalanmasına gətirib çıxaracaq. Bunun isə bütün dünya üçün nəticələri olacaq. Beləliklə ABŞ-ın supermenliyi artıq bitib. 25% işsiz və əldə 280 milyon tüfəngin olması, artıq zarafat deyil. Hərbçilərdən istifadə etmədən qiyamlar daha da genişlənəcək”, – deyə o bildirib.

Mənbə: axar.az