“Qanunların təsirinin öyrənilməsi ilə bağlı müstəqil qurumun yardılmasına ehtiyac var”

“Qanunların təsirinin öyrənilməsi ilə bağlı müstəqil qurumun yardılmasına ehtiyac var”

Əliməmməd Nuriyev: “Bu, qəbul edilən və ya ediləcək qanunların effektivliyini yoxlamaq üsullarından biridir"

Parlamentin bu günkeçirilən iclasında qanunların icrasına nəzarət edən ayrıca bir qurumunyaradılması ilə bağlı təklif səslənib. Təklif müəllifi hesab edir ki, belə birqurumun yaradılması qanunların daha yaxşı işləməsinə səbəb ola, onların icrasıilə bağlı problemləri ortadan qaldıra bilər.

Moderator.az-a açıqlamasındaməlum təklifi şərh edən hüquqşünas Əliməmməd Nuriyev, belə bir qurumunyaradılmasına ciddi ehtiyac olduğunu qeyd etdi:

“Istənilən qanun qəbul edilərkənmüəyyən araşdırmalar aparılmalıdır. Bu araşdırma qəbul ediləcək qanunun təsiriniöyrənmək baxımından zəruridir. Araşdırmaq lazımdır ki, bu qanun nə dərəcədəvacibdir? Bu qanun bütün boşlquların aradan qaldırılmasını təmin edə biləcəkmi?

Qanunun təsirini öyrənməkolduqca vacib olan məsələlərdəndir. Qanun qəbul ediləndən bir müddət sonraaraşdırmaq lazımdır ki, qanun tətbiq ediləndən sonra necə, nə qədər problemmeydana çıxdı, hansı məslələri ortaya çıxardı və s.

Qanunun təsirinin öyrənilməsiolduqca vacib olan bir məsələdir. Dünyanın istənilən ölkəsində qəbul ediləcəkqanunların həm qəbul olunma ərəfəsində, həm də qanun qəbul ediləndən sonra təsirləriöyrənilir. Bu qanun nə dərəcədə səmərəli oldu, hansı xərclərə başa gəldi, gəlirlərxərcləri ödəyə bildimi – bütün bu məsələlər öyrənilir.

Təəssüflər olsun ki, Azərbaycanparlamentinin tarixində bu məsələlər ətrafında müzakirələr açılmayıb. Əgərparlamentarilər bu yöndə təkliflər səsləndirirlərsə, bu, çox yaxşı bir məsələdir.

Qanunların təsirinin öyrənilməsiparlamentdə gələcəkdə qəbul ediləcək qanunlarla bağlı işi daha effektiv qurmağakömək edər. Bu, çox vacib göstəricidir. Lakin təəssüflər olsun ki, bizdə buyöndə addımlar atılmayıb. Bunu bəzən onunla izah edirlər ki, qanunların icrasıilə bağlı vəziyyətin öyrənilməsi icra hakimiyyətinin işinə müdaxilə olar. Əslində,bu, belə deyil. Bu, qəbul edilən qanunların effektivliyini yoxlamaqüsullarından biridir. Belə bir addımın atılması qanunların keyfiyyətini dəartıra bilər.

Bir sözlə, parlamentdəbelə bir qurumun yaradılması faydalı olar. Bizim qanunlarımızda keyfiyyət və tabeçilikləbağlı problemlər var. Konstitusiya qanununa görə, qanunda əlavə və dəyişikliklərqanun tətbiq ediləndən 6 ay sonra baş verə bilə. Bizdə isə bəzən qanunlarda çoxtez-tez dəyişikliklər olur. Bu, qanunların keyfiyyətinin yüksək olmadığınıngösstəricisidir.

Belə bir qurum yardılarsa,onun müstəqil və şəffaf fəaliyyəti təmin edilməlidir. Yalnız belə olarsa, ozaman bu qurumun fəaliyyətində uğur və fayda gözləmək olar”

Mənbə: moderator.az