İraqın baş naziri İŞİD-ə qarşı əməliyyat fonunda Kərkükə gedib

İraqın baş naziri İŞİD-ə qarşı əməliyyat fonunda Kərkükə gedib

İraqın baş naziri Mustafa əl-Kazimi İŞİD terror təşkilatına qarşı hərbi əməliyyatlar fonunda gərgin vəziyyətin yaşandığı Kərkükə gedib.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, İraqın baş naziri Mustafa əl-Kazimi Kərkükə çatıb.

İraqın baş nazirinin ofisindən bildirilib ki, Silahlı Qüvvələrin baş komandanı Kərkükdə əməliyyatların komandanlığında olub və İŞİD-ə qarşı həyata keçirilən əməliyyatları izləyib.

Qeyd edək ki, İraq Ordusu və Haşd-Şabi Kərkükün Səlahəddin əyalətilə kəsişdiyi ərazilərdə İŞİD terror təşkilatına qarşı əməliyyatın ikinci mərhələsinə start verib.

Terror təşkilatı koronavirusla bağlı karantin dövründə hücumlarını artırıb.

Mənbə: www.interaztv.com