Paşinyan Moskvada baş tutacaq Qələbə Paradında iştirak edəcək?

Paşinyan Moskvada baş tutacaq Qələbə Paradında iştirak edəcək?

Ermənistanın “168.am” nəşri günlərdir davamlı olaraq rus KİV-lərinin dəvəti qəbul etmiş və iyunun 24-də Moskvada baş tutacaq Qələbə Paradında iştirak etməyə razılıq vermiş MDB ölkələrinin adlarını yaymasını nəzərə alaraq bir neçə gün bundan öncə Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorqyandan Ermənistan Baş naziri Nikol Paşinyanın bu paradda iştirak edib-etməyəcəyini dəqiqləşdirməyə çalışıb. Mane Gevorqyan cavab olaraq qeyd edib ki, dəvət alıblar, lakin iştirak haqqında daha dəqiq bazar ertəsi danışacaq.

“Razılıqla bağlı hazırda hələ deyiləsi bir şey yoxumdur. Hal-hazırda hər hansı şərh verə bilərəm, bazar ertəsi günü isə yazılı şəkildə müraciət edin və ya zəng edin, ətraflı məlumat verəcəm”, - deyə Gevorqyan bidirib.

Bazar ertəsi günü məlum olub ki, Ermənistan Baş naziri Nikol Paşinyan və ailəsi koronavirusa yoluxub. “168.am” nəşri parada hələ 24 gün qaldığı üçün Mane Gevorqyana zəng edib, lakin Ermənistan Baş nazirinin mətbuat katibi zəngə cavab verməyib.
 

 

Mənbə: ordu.az